Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.
Nəhayət, bu gün “Araz-Naxçıvan” yeni baş məşqçisini ictimaiyyətə təqdim etdi. Bəlli oldu ki, “qırmızı-ağlar” Andrey Demçenko ilə “5 ay + 1 il” müddətinə müqavilə imzalayıb.İş ondadı ki, ukraynalı mütəxəssis naxçıvanlıların ölkə kubokunda mübarizəni dayandırdığından xəbərdar deyildi. Bir neçə gün əvvəl yerli mətbuata müsahibə verən məşqçi qarşısına qoyulan hədəfin çempionatı ilk “üçlük”də bitirmək olduğunu, bununla yanaşı, komanda kubokda mübarizəni davam etdirdiyindən avrokuboklara yollanmaq şansının böyük olduğunu demişdi.Maraqlıdı, müqaviləyə qol çəkilmədən əvvəl ukraynalıya bu haqda məlumat verilibmi? O, ümumi durumdan tam xəbərdardımı?Əslində suallarımızı klubun icraçı direktoru Eldəniz Yusubova ünvanlamaq niyyətindəydik. Ancaq Yusubov əvvəl dəstəyi qaldırmaqdan imtina etdi, sonra nömrəsinə zəng çatmadı. Bu üzdən “Araz-Naxçıvan”ın mətbuat xitmətinin rəhbəri Mahal Məmmədova üz tutduq. Onun “Football-plus.az”a cavabı:
“Andrey Demçenko hələ ölkəmizdə deyil. Bu gecə Bakıda olacaq. Ona bu barədə məlumat verilib-verilmədiyindən xəbərdar deyiləm. İstənilən halda, rəsmi müqavilə imzalanıb. Çalışacağıq ki, qarşıdakı günlərdə yeni baş məşqçinin təyinatıyla bağlı mətbuat konfransı keçirək. Həmin vaxt suallara Andrey Demçenko özü cavab verəcək”.
Maraq üçün xatırladaq ki, “qırmızı-ağlar” sabah qış hazırlığına başlayacaq. Komanda Bakıda bir araya gələcək. Naxçıvanlıların ölkə xaricində təlim-məşq toplanışı keçməsi nəzərdə tutulmayıb. Onlar iki yoxlama oyununda qüvvəsini sınayacaq.KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.