AZ

Latviya Baltik dənizində fiber optik kabelin zədələndiyini bildirib

Latviyanın Baş naziri Evika Silina Baltik dənizində özəl şirkətə məxsus fiber optik kabelə zərər dəydiyini açıqlayıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə "Reuters" məlumat yayıb.

"Baltik dənizində özəl şirkətə məxsus fiber optik kabelə zərər dəyib", - agentlik yazıb.

Xatırladaq ki, ötən ilin yanvarında da Latviya və İsveç arasında sualtı fiber-optik kabel xarici təsir nəticəsində zədələnib. Mərkəzin məlumat ötürülməsinin monitorinq sistemi Ventspils-Gotland bölməsində fasilələri qeydə alıb.

Seçilən
43
23
bakivaxti.az

10Mənbələr