AZ

Çempionluq iddiasını itirən komandanın büdcəsi iki dəfə aşağı salındı

II Liqada çempionluq uğrunda mübarizədən qopan «Şəmkir»in maliyyə dayaqları daha da zəifləyib. Qış fasiləsinə beşinci pillədə yollanan «ağ-qırmızılar»ın büdcəsi iki dəfə azalıb. Dekabrda Rasim Əliyevi baş məşqçi postuna gətirmiş rəqb təmsilçisi mövsümün qalan hissəsində medallara iddia etməyəcək. Sponsorlarını bir-bir itirən «Şəmkir» aylıq cəmi 8000 manat büdcə ilə sezonu yekunlaşdırmağa çalışacaq. Bunun da 5800 manatı AFFA tərəfindən ayrılan vəsaitin payına düşür.
O üzdən, bütün yüksəködənişli futbolçulara özlərinə başqa klub tapmaları tövsiyə olunub. Kim istəyərsə, daha aşağı maaş qarşılığında Şəmkirdə qala bilər.

SPORTİNFO.AZ

Seçilən
101
50
sportinfo.az

10Mənbələr