AZ

Etibar Həsənzadənin "Zəfərlərə Doğru" kitabı haqqında Prof Zakir Kayanın düşüncələri

“Zəfərlərə Doğru” Etibar Həsənzadənin qələmindən çıxmış sadə bir kitab deyil, bir millətin dirçəlişini və yaddaşını yaşadan canlı tarix salnaməsidir.

Əsər 44 günlük Vətən müharibəsi, Tovuz döyüşləri və Şuşa zəfərini əks etdirməklə yanaşı, vətən sevgisi, birlik və Türk dünyasının qardaşlığını güclü şəkildə ifadə edir. Müəllif poeziya ilə elmi düşüncəni birləşdirərək tarixi faktları mənəvi dəyərlərlə təqdim edir. Şəhidlər, qazilər və fədakar insanlar kitabda yalnız xatırlanmır, ruhən yaşadılır. “Zəfərlərə Doğru” Qarabağ mübarizəsinin təkcə hərbi deyil, milli-mədəni şüur savaşı olduğunu göstərir və gələcək nəsillər üçün dəyərli mənəvi mirasdır. Bu əsər tarixə yazılmayıb — tarix bu kitaba yazılıb.

 

Prof. Dr. Zakir Kaya

Araşdırmacı – Gazeteci – Yazar – Şair

İzmir / Türkiyə

Seçilən
80
13
qht.az

10Mənbələr