AZ

Mançester Siti qələbəni əldən verib, Liverpul xal itirib

ain.az, Milli.az portalına istinadən məlumat verir.

İngiltərə Premyer Liqasında XX tura yekun vurulub.

Milli.Az-ın məlumatına görə, turun bağlanış oyununda "Mançester Siti" öz meydanında "Çelsi"ni qəbul edib. Tərəflərin hərəyə bir dəfə fərqləndiyi matçda qalib müəyyənləşməyib - 1:1.

Görüşdə hesabı meydan sahibləri açıblar. Ticani Reynders 42-ci dəqiqədə rəqib qapısına yol tapıb. Qonaqlar əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə məğlubiyyətdən xilas ola biliblər. Enzo Fernandes London klubuna Mançester səfərində 1 xal qazandırıb.

Bu nəticədən sonra turnir cədvəlində "Mançester Siti" 42 xalla 2-ci, "Çelsi" isə 31 xalla 5-cidir.

Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

"Lids Yunayted" - "Mançester Yunayted" - 1:1

"Tottenhem" - "Sanderlend" - 1:1

"Nyukasl" - "Kristal Pelas" - 1:1

"Everton" - "Brentford" - 2:4

"Fulhem" - "Liverpul" - 2:2

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
95
50
news.milli.az

10Mənbələr