Türkiyə Basketbol Super Liqasının XIV turunda “Beşiktaş” doğma meydanında “Fənərbaxça Beko” ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər” oyunda 101:87 hesabı ilə qələbə qazanıblar.
Bu nəticə ilə İstanbul təmsilçisi “qara qartallar”ın 13 oyunluq qələbə seriyasına son qoyub. Eyni zamanda “Beşiktaş” mövsümdə ilk məğlubiyyətini yaşayıb.
Qarşılaşmanın 4-cü periodunda “Fənərbaxça” 93:77 hesabı ilə öndə olarkən, təhqiramiz şüarlar səbəbilə oyuna ara verilib və hakimlər soyunma otağına yollanıblar.
Zal boşaldıldıqdan sonra qarşılaşma yenidən davam etdirilib.
ABL: Bu gün daha üç oyun keçiriləcək
ABL "Sabah" - "Abşeron Lions" oyununun hakimlərini cəzalandırıb
ABL: XI tura start veriləcək
ABL: X tura yekun vurulub
ABL: X tura bu gün yekun vurulacaq