AZ

Qalatasaray İnter in yarımmüdafiəçisini hədəf alıb

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Qalatasaray" klubu "İnter"in yarımmüdafiəçisi Davide Frattesini hədəf alıb.

Oxu.Az xəbər verir ki, insayder Canluka Di Marzionun sözlərinə görə, İstanbul klubu bu müqaviləyə 35 milyon avroya qədər investisiya qoymağa hazırdır.

Bildirilir ki, "cim-bom" futbolçunu birdəfəlik alış bəndi ilə icarəyə götürmək variantını nəzərdən keçirir. Bu formulun "İnter" üçün tamamilə məqbul olduğu deyilir, çünki italyanlar oyunçunu zəmanətlə satmaq istəyirlər.

Qeyd edək ki, Davide Frattesi 2023-cü ilin iyul ayından bəri "İnter"də top qovur. O, "Sassuolo"dan "İnter"ə 31,4 milyon avroya keçib. Bu mövsüm Frattesi klub üçün bütün yarışlarda 15 matçda iştirak edib və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
74
17
oxu.az

10Mənbələr