Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 20-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma baş tutub.
“Nyukasl” doğma meydanda “Kristal Pelas”ı 2 cavabsız qolla məğlub edibsə, altı qolun qeydə alındığı “Everton” – “Brentford” görüşündə də qonaqlar qələbə qazanıblar.
Dörd qolluq “Fulhem” – “Liverpul” görüşündə qalib müəyyənləşməyib. “Lids” – “Mançester Yunayted”, “Tottenhem” – “Sanderlend” və “Mançester Siti” – “Çelsi” görüşlərində isə komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Beləliklə, geridə qalmış 20 turdan sonra 48 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” və “Aston Villa”nın 42, “Liverpul”un 34, “Çelsi” və “Mançester Yunayted”in 31, “Brentford” və “Sanderlend”in 30, “Nyukasl”ın 29 xalı var.
İngiltərə, Premyer Liqa
20-ci tur
3 yanvar
Aston Villa – Nottingem Forest 3:1
Qollar: O.Uotkins, 45+1. Makqinn, 49; 73 – Gibbs-Uayt, 61.
Vulverhempton – Vest Hem 3:0
Qollar: Arias, 4. Hvanq, 31-pen. Mane, 41.
Brayton – Börnli 2:0
Qollar: Rutter, 29. Ayari, 47.
Bornmut – Arsenal 2:3
Qollar: Evanilson, 10. Kroupi, 76 – Qabriel, 16. Deklan Rays, 54; 71.
4 yanvar
Lids – Mançester Yunayted 1:1
Qollar: Aaronson, 62 – Kunya, 65.
Everton – Brentford 2:4
Qollar: Beto, 66. Berri, 90+1 – Tyaqo, 11; 51; 88. Kollinz, 50.
Fulhem – Liverpul 2:2
Qollar: H.Uilson, 17. Rid, 90+7 – Virts, 57. Qakpo, 90+4.
Nyukasl – Kristal Pelas 2:0
Qollar: B.Gimarayns, 71. Tşau, 78.
Tottenhem – Sanderlend 1:1
Qollar: B.Devis, 30 – Brobbi, 80.
Mançester Siti – Çelsi 1:1
Qollar: Reynders, 42 – E.Fernandes, 90+4.
