“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Liverpul” ciddi itki ilə üzləşib.
İdmanxeber.az-ın məlumatına görə, komandanın bomabrdirlərindən biri Uqo Ekitike sıradan çıxıb.
”Fulhem”lə matçda zədələnın futbolçunun bir müddət yaşıl meydanlardan kənar qalacağı bildirilir. Bu barədə klubun baş məşqçisi Arne Slot məlumat verib.
Onun hansı müddətə komandaya qoşulacağı isə həkim müayinəsindən sonra bilinəcək.
Qeyd edək ki, “Liverpul” Ekitike ilə yanaşı əsas qol silahı Aleksandr İsakı da itirib.