AZ

DÇ tarixində ən gənc çempionlar kimlər olub?

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

DÇ tarixində ən gənc çempionlar kimlər olub?

FİFA Dünya çempionatları tarixində kuboku başı üzərinə qaldıran ən gənc futbolçuların siyahısını açıqlayıb.

QOL.az xəbər verir ki, bu nüfuzlu titula ən erkən yaşda sahib çıxan futbolçu əfsanəvi Peledir. Siyahının ikinci pilləsində digər braziliyalı ulduz Ronaldo qərarlaşıb. Müasir dövrün ulduzlarından Kilian Mbappe isə ilk "onluq"da yer alıb.

Dünya çempionu olan ən gənc 10 futbolçunun siyahısını təqdim edirik:

Pele (Braziliya) - 17 yaş 249 gün

Ronaldo (Braziliya) - 17 yaş 298 gün

Cüzeppe Berqomi (İtaliya)- 18 yaş 174 gün

Koutinyo (Braziliya) - 19 yaş 6 gün

Marko Antonio (Braziliya) - 19 yaş 135 gün

Kilian Mbappe (Fransa) - 19 yaş 207 gün

Mazzola (Braziliya) -19 yaş 309 gün

Ruben Moran (Uruqvay) -19 yaş 344 gün

Felice Borel (İtaliya)- 20 yaş 66 gün

Kaka (Braziliya) - 20 yaş 69 gün

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
96
28
qol.az

10Mənbələr