AZ

Real Madrid in transfer hədəfləri: Orta xətt üçün 5 böyük namizəd

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Real Madrid" rəhbərliyi, xüsusilə Toni Krosun gedişindən sonra yaranan boşluğu doldurmaq və orta xəttin oyun tempini idarə edəcək yeni bir ulduz gətirmək üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, Madrid təmsilçisi gələcək layihələri üçün Premyer Liqa və Liqa 1-in ən parlaq simalarını hədəf seçib.

Klubun siyahısında ilk pillələri "Liverpul"dan Aleksis Mak Allister və "Çelsi"nin kapitanlarından biri olan Enzo Fernandez tutur. Hər iki argentinalı dünya çempionu Madridin oyun üslubuna uyğun namizədlər hesab edilir. Bundan əlavə, PSJ-nin portuqaliyalı yarımmüdafiəçisi Vitinya da Florentino Perezin favoritləri arasındadır. Vitinyanın transfer qiymətinin təxminən 90 milyon avro civarında olduğu bildirilir.

Gənc istedadlara gəldikdə isə, "Kristal Pelas"da parlayan Adam Varton və "AZ Alkmaar"ın 19 yaşlı "almazı" Kees Smit baş məşqçi Xabi Alonsonun gələcək planlarında yer alan əsas adlardır. Xüsusilə Kees Smitin gələcək yayda 60-75 milyon avro qarşılığında "Kral klubu"na keçməyə "hə" dediyi iddia olunur.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
41
fanat.az

10Mənbələr