AZ

OAS Daimi Şurasının Venesuela üzrə iclası 6 yanvarda keçiriləcək

BAKI, 4 yanvar. TELEQRAF

Amerika Dövlətləri Təşkilatının (OAS) Daimi Şurasının Venesuela vəziyyətinə dair iclası 6 yanvarda Vaşinqtonda keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

“Bolivariya Respublikasında baş verən son hadisələrin müzakirəsi məqsədilə OAS Daimi Şurasının xüsusi iclası 6 yanvar saat 10:00-da (Bakı vaxtı ilə 19:00) keçiriləcək”, - sənəddə qeyd olunub.

Seçilən
129
16
teleqraf.com

10Mənbələr