İlk dövrəni 5-ci pillədə tamamlayan ''Beşiktaş'' ikinci dövrəyə hazırlıqlarını davam etdirir.
"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi yanvarın 2-dən etibarən Antalyada toplanışdadı.
Sərgən Yalçının qərarı ilə dörd futbolçu toplanışa aparılmayıb. Mərt Günok ilə Nəcip Uysalın komandadan kənar qalması sürpriz deyil. Hər iki futbolçu bir müddət öncə əsas heyətdən kənarlaşdırılmışdı. Onların hər ikisi ilə müqavilənin ləğvi üçün danışıqlar davam etdirilir. Bundan başqa Yonas Svensson ilə David Yurasek də Antalyaya aparılmayıb. Rəhbərlik bu futbolçularla da yolları ayırmağı planlaşdırır.
Mövsümün əvvəlində transfer edilən və ümidləri doğrultmayan Yurasek zatən müqavilə ilə ''Benfika''ya məxsusdu və ''qartal''da icarə əsasında çıxış edir. Sözsüz ki, toplanışa aparılan 25 nəfərlik heyətlə bağlı ən diqqətçəkən məqam orda Rafa Silvanın da yer almasıdı. Portuqaliyalı ulduzun son aylarda komanda daxilində ciddi problemlərə səbəb olması və Türkiyədən ayrılmaq istəməsi heç kimə sirr deyil.
Türkiyə mətbuatının yazdığına inansaq, Rafa Silva ''ağ-qaralar''ın baş koordinatoru Sərkan Rəçbər ilə danışaraq sürpriz şəkildə toplanışda iştirak etmək istədiyini deyib. Amma onun toplanışa qatılması tərəflər arasında buzların tamamilə əriməsi mənasını vermir.
Düzdü, Sərgən Yalçın hələ də ondan ümidini tam kəsməyib. 32 yaşlı futbolçunun isə ayrılmaq istəyi qüvvədədi. ''Beşiktaş'' onu havayı buraxmaq niyyətində deyil və gələcək təklifləri gözləyir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta