Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Liverpul"un ən məhsuldar oyunçusu sıradan çıxdı
"Liverpul"un ən məhsuldar oyunçusu Uqo Ekitike sıradan çıxıb.
QOL.az xəbər verir ki, klubun baş məşqçisi Arne Slot futbolçunun Premyer Liqa çərçivəsində "Fulhem"lə baş tutan qarşılaşmada iştirak etməməsinə aydınlıq gətirib. O, hücumçunun zədə səbəbindən Londona aparılmadığını bildirib.
Məlumata görə, cari mövsümdə bütün turnirlərdə 11 qol vuran və komandanın bombardiri olan 23 yaşlı futbolçu əzələsindən zədə alıb. Slot zədənin yaranma səbəbini digər hücumçu Aleksandr İsakın yoxluğu və yüklənmə ilə əlaqələndirib:
"İsak bir neçə həftədir yoxdur, bu da Ekitikenin mövsümün əvvəlki hissəsinə nisbətən daha çox oynamasına səbəb oldu. Nəticədə o, bud əzələsindən yüngül zədə aldı. Onun yaşındakı və Premyer Liqaya hələ tam alışmamış oyunçu üçün bu yük bir qədər ağır oldu".
Gənc forvardın "Arsenal"la keçiriləcək vacib qarşılaşmaya qədər heyətə geri dönəcəyi gözlənilir.
Xatırladaq ki, bu gün baş tutan qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.