ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Dövlət katibi Marko Rubio hazırda bir neçə ABŞ media qurumuna açıqlamalar verir.
Milli.Az xəbər verir ki, Rubioya "ABŞ Venesuela ilə müharibə halındadırmı?" sualı ünvanlanıb.
"Bu, müharibə deyil," - deyə o, cavab verib.
"Demək istədiyim odur ki, biz narkotik ticarəti ilə məşğul olan təşkilatlara qarşı müharibə aparırıq. Bu, Venesuelaya qarşı aparılan bir müharibə deyil."
Rubio həmçinin əlavə edib ki, "Birləşmiş Ştatlara narkotik daşıyan" gəmilərin ələ keçirilməsi əməliyyatları davam etdiriləcək.Lalə Qüdrətova
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.