AZ

Əl Əhli heyətini braziliyalı futbolçu ilə gücləndirdi

ain.az bildirir, Qol.az portalına istinadən.

"Əl-Əhli" heyətini braziliyalı futbolçu ilə gücləndirdi

Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu heyətini yeni hücumçu ilə gücləndirib.

QOL.az xəbər verir ki, klub braziliyalı Rikardo Matias da Silvanın keçidini rəsmiləşdirib.

Məlumata görə, 19 yaşlı forvardla 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Futbolçu buna qədər vətənində “İnternasional”ın şərəfini qoruyub.

Klubun yaydığı açıqlamada gənc oyunçunun fiziki göstəriciləri xüsusi vurğulanıb. Boyu 1.92 sm olan Matiasın hava toplarında üstünlüyü, cərimə meydançasında ağıllı mövqe seçimi və hücumları tamamlama bacarığı qeyd olunub.

Qeyd edək ki, forvard 2025-ci ildə klub səviyyəsində keçirdiyi 28 oyunda 6 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
85
50
qol.az

10Mənbələr