İngiltərə Premyer Liqasının 20-ci turunda “Fulhem”lə 2:2 hesablı heç-heçə edən “Liverpul”un yarımmüdafiəçisi Floryan Virts matçdan sonra jurnalistlərlə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, o, komandasının çıxışını belə qiymətləndirib:
“Yenə də çətin vəziyyətə düşdük, çünki iki dəfə ardıcıl heç-heçə etdik. Bu, bizim istədiyimiz nəticə deyil – daha çox xal qazanmalıyıq. Daha yaxşı olmalıyıq, amma bunun üçün çox çalışmalıyıq”
Bu nəticə ilə “Liverpul” 34 xalla Premyer Liqa cədvəlinin 4-cü pilləsində yer alır.