Musavat.com xəbər verir ki, bu barədə Kadırovun teleqram kanalında yayımlanan videodan məlum olur.
Görüntülərdə Çeçenistan rəhbərinin əlində əsa olduğu görünür — o, ya əsaya söykənərək yeriyir, ya da sadəcə əlində saxlayır.
Video 2026-cı ildə çəkilib, çünki dekabrın 31-də Çeçenistan rəhbərinin müşaviri Adam Şahidov məktəbdən hələ açılışa hazırlaşan obyekt kimi danışmışdı.

Bundan əvvəl Kadırov yanvarın 2-də Çeçenistanın milli siyasət naziri Əhməd Dudayevin yayımladığı videoda görünmüşdü. Region rəhbəri Moskvada guya təcili hospitalizasiya olunması ilə bağlı xəbərləri “şeytanpərəstlərin və neonasistlərin dedi-qoduları” adlandırmış, sağlam olduğunu və məşqə getməyi planlaşdırdığını bildirmişdi.
Kadırov 2024-cü ilin may ayında da əsa ilə ictimaiyyət qarşısına çıxmışdı. Həmin vaxt Çeçenistan rəhbərinin mətbuat xidməti onun səhhətinin pisləşməsi ilə bağlı yayılan xəbərlər fonunda bir neçə video paylaşmışdı.
Çeçenistan liderinin səhhəti haqda iddialar Rusiya prezidentinin sədrliyi ilə keçirilən Dövlət Şurasının iclasında iştirak etməməsindən sonra yayılmışdı. Bildirilirdi ki, Kadırov görüşdə şəxsən iştirak etməyi planlaşdırıb və dekabrın 24-də Moskvaya uçub. Lakin dekabrın 24-dən 25-nə keçən gecə vəziyyəti kəskin pisləşib və o, təcili yardım maşını ilə Mərkəzi Klinik Xəstəxanasına aparılıb. Bu səbəbdən Dövlət Şurasının iclasında respublikanın nümayəndəsi olmadan keçirilib.
Çeçenistan rəhbərinə yaxın mənbənin sözlərinə görə, o, Moskvada ölümdən dönüb və həkimlər onun vəziyyətini çətinliklə sabitləşdiriblər. Bundan sonra Kadırov vətənə qayıdıb və o vaxtdan bəri ictimaiyyət qarşısına çıxmayıb.

Kadırovun səhhəti ötən ilin əvvəlindən nəzərəçarpacaq dərəcədə pisləşib. Sonra o, Qroznıdakı özəl klinikaya yerləşdirilib. Kadırov bu yaxınlarda canlı sual-cavab sessiyası zamanı səhhətində yaranan problemləri dolayısı ilə təsdiqləyərək, son bir ildə dörd rəsmi məzuniyyətə getdiyini bildirib. Kadırov əsəb pozğunluqlarından və daim gərginlikdən əziyyət çəkdiyini iddia edib. O, bunu Ukraynadakı müharibədə xidmət edən çeçen döyüşçülərlə bağlı narahatlığı ilə əlaqələndirib.
Musavat.com