BAKI, 4 yanvar. TELEQRAF
"Kuba hökuməti Vaşinqton üçün ciddi problem yaradır və ölkəni böyük problemlər gözləyir".
Teleqraf xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubiо bildirib.
O, ABŞ-nin Havana ilə bağlı hansı konkret addımlar atacağını açıqlamayıb, lakin qeyd edib ki, heç kimə sirr deyil ki, Amerika hazırkı kubalı rəhbərliyi tərəfdar hesab etmir.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, Kuba ilə bağlı hərbi əməliyyatlar planlaşdırılmır, amma vəziyyətin çox çətin olduğunu qeyd edib.