İspaniya La Liqasının 18-ci turunda Madriddə “Real Madrid” “Betis”i qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, matç “Santiago Bernabeu” stadionunda baş tutub və görüşün hakimi Alejandro Hernandez olub. Ev sahibi komandalar darmadağınlı qələbə qazanıb – 5:1.
“Real Madrid”in heyətində hat-trik edən Gonzalo Qarsiya, Raul Asensio və Fransisko Qarsiya fərqlənib. “Betis”in tək qolunu isə Kucho Hernandez vurub.
Bu nəticə ilə “Betis” La Liqa cədvəlində 28 xalla altıncı sırada qərarlaşıb. İspaniya çempionatında 19 oyunda 45 xal toplayan “Real Madrid” isə ikinci pillədə yer alır. Cədvələ başçılıq edən “Barselona” 49 xalla liderdir.