"Udineze"nin mərkəz müdafiəçisi Umar Sole karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın "Caught Offside"yə istinadən məlumatına görə, İngiltərə klubları "Çelsi", "Mançester Yunayted" və "Tottenhem" futbolçunu transfer siyahısına alıb. Sözügedən klublar artıq futbolçuların agenti ilə danışıqlara başlayıb.
“Udineze” ilkin olaraq Solenin qiymətini orta və yüksək arasında müəyyən edəcək. Bundan əlavə, klub futbolçunu kirayəyə verməyi və gələcəkdə alınması şərti ilə müqavilə bağlamağı da nəzərdən keçirir. Umar Solenin özünün isə daha yüksək səviyyəli komandada oynamağa marağı var.
25 yaşlı futbolçu ilə İtaliyanın böyük klublarından "İnter", "Milan" və "Roma" da maraqlanır.
Cari mövsümdə Umar Sole 19 matçda iştirak edib, 1 qol vurub və 1 asist edib. Onun “Udineze” ilə müqaviləsi 2027-ci ilə qədər davam edir. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 20 milyon avro qiymətləndirilir.