AZ

Finlandiyada azərbaycanlı heyət üzvlərinə qadağa qoyuldu, bir erməni həbs edildi

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Finlandiyanın Helsinki şəhər məhkəməsi sualtı telekommunikasiya kabelinə zərər vurmaqda şübhəli bilinən Fitburq yük gəmisinin heyət üzvlərindən birinin həbsinə qərar verib.

Globalinfo.az xəbər verir ki, Finlandiya polisinin məlumatına görə, saxlanılan şəxs Ermənistan vətəndaşıdır.

Daha üç heyət üzvü barəsində isə ölkəni tərk etmə qadağası tətbiq edilib.

Bildirilir ki, Fitburq gəmisinin heyəti ümumilikdə 14 nəfərdən ibarətdir və onlar Rusiya, Gürcüstan, Azərbaycan və Qazaxıstan da daxil olmaqla müxtəlif ölkələri təmsil edirlər.

Qeyd edək ki, gəmi 31 dekabr tarixində Finlandiya polisi tərəfindən saxlanılıb. Buna səbəb Finlandiya körfəzi boyunca uzanan və Helsinki ilə Tallini birləşdirən Elisa sualtı telekommunikasiya kabelinə zərər vurulması ilə bağlı şübhələr olub.

Tahir Turan

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
103
5
globalinfo.az

4Mənbələr