ain.az, Fanat saytına istinadən bildirir.
"Qalatasaray"ın nigeriyalı ulduz hücumçusu Viktor Osimhenin karyerasında gözlənilməz dönüş baş verə bilər.
Fanat.Az xəbər verir ki, ulduz forvard ingiltərəli bir menecer tərəfindən rəsmən Almaniya nəhəngi "Bayern Münhen"ə təklif olunub.
"Sport Bild"in yaydığı məlumata görə, "Qalatasaray" büdcə formalaşdırmaq məqsədilə Osimhenin yanvar ayında ayrılmasına razıdır. Futbolçunun özü də Bundesliqada çıxış etmək variantına isti yanaşır və Səudiyyə Ərəbistanından gələn təklifləri qəti şəkildə rədd edib.
Lakin bu transferdə bəzi maneələr mövcuddur.Münhen təmsilçisi Osimhenin Harri Keynin kölgəsində qala biləcəyindən narahatdır və daha çox Keynin uzunmüddətli xələfi ola biləcək bir isim axtarır. Hazırda "Bayern"in bu təklifə verəcəyi son cavab futbol ictimaiyyəti tərəfindən maraqla gözlənilir.
Kamil Xudiyev
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.