Şabran şəhəri ərazisində, dəmiryolu stansiyası yaxınlığında yerləşən ikimərtəbəli çoxmənzilli binalardan birində evin tavanı çöküb. Nəticədə bir nəfər xəsarət alıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə zamanı ev sahibinin qızı həmin otaqda yatıbmış. Həmin vaxt qız başından xəsarət alıb.
Məsələ ilə Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran şəhər inzibati ərazi dairəsi uzrə numayəndəsi Orxan Kərimov “Xəzər Xəbər”ə bildirib ki, bina istismar müddətini başa vurub. Hadisə yerinə rayon fövqəladə hallar komissiyasının üzvləri baxış keçirəndən sonra müvafiq rəy veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.