AZ

Afrika Millətlər Lİqası: Seneqal və Tunis ¼ finala çıxdı - VİDEO

Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 final mərhələsi start götürüb.

Bizim.Media xəbər verir ki, bununla ilk 1/4 finalçıların adları məlum olub.
 

Sudan yığmasını məğlub edən (3:1) Seneqal və penaltilər seriyasında Tunis futbolçularından üstün (3:2) olan Mali milli komandası adını növbəti raunda yazdırıb.


Bu gün daha iki kollektiv Mərakeş - Tanzaniya və Cənubi Afrika Respublikası - Kamerun qarşılaşmalarından sonra 1/4 finala vəsiqə əldə edəcək.

Turnir yanvarın 18-də yekunlaşacaq.




Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
132
23
bizim.media

10Mənbələr