AZ

Serbiya hərbi gücünü növbəti il yarım ərzində təxminən iki dəfə artırmağı planlaşdırır

Bakı. Trend:

Serbiya növbəti il yarım ərzində hərbi gücünü təqribən iki dəfəartırmağı nəzərdə tutur.

Trend xəbər verirki, bunu ölkə Prezidenti Aleksandar Vuçiç Milli TəhlükəsizlikŞurasının iclasının yekunlarına dair açıqlamasında bildirib.

Vuçiç deyib: "Qarşıdakı dövrdə müdafiə imkanlarımız əhəmiyyətlidərəcədə gücləndiriləcək. Növbəti il yarım ərzində hərbi gücümüzü,demək olar, iki dəfə artıracağıq".

Prezidentin sözlərinə görə, iclasda ordunun və ölkənin müdafiəpotensialının gücləndirilməsi üçün növbəti addımlar müzakirəolunub. "Hərbi sənayeyə əlavə sərmayələr qoyulacaq, silahlarınəhəmiyyətli hissəsi ölkəmizdə istehsal olunacaq, bir hissəsini isəxaricdən alacağıq", – o əlavə edib.

Vuçiç həmçinin strateji ehtiyatların yaradılması barədə yeniqərarlardan danışıb: "Bura təkcə ərzaq deyil, həm də döyüşsursatları aiddir və onlar yüksək səviyyədə olmalıdır".

Onun açıqlamasına görə, şəxsi heyətin sayı 30 %, hərbi güc isə100 % artırılacaq. Prezident bildirib ki, bu addım ölkəninmüdafiəsinin etibarlı yolu və çəkindirmə amili olacaq.

Seçilən
111
50
az.trend.az

10Mənbələr