AZ

"Levante" uzun illərin məğlubiyyət seriyasına son qoydu

style='margin-bottom:10px;'>

İspaniya La Liqasının 18-ci turunda "Sevilya" və "Levante" komandaları üz-üzə gəlib.

QOL.az xəbər verir ki, Sevilyada baş tutan qarşılaşmada gözlənilməz nəticə qeydə alınıb. Meydan sahibləri autsayder "Levante"yə 0:3 hesabı ilə məğlub olublar.

4 yanvar

"Sevilya" - "Levante" - 0:3

Qollar: İ.Losada, 45+2, C.Espi, 77, C.Alvares, 90+4

Məlumata görə, bu qələbə qonaq komanda üçün tarixi seriyanın sonu olub. Belə ki, "Levante" təxminən 12 ildən sonra ilk dəfə "Sevilya"nı səfərdə məğlub etməyi bacarıb. Sonuncu dəfə belə nəticə 2014-cü il yanvarın 25-də qeydə alınmışdı. O vaxtdan bəri tərəflər arasında "Ramon Sançes Pisxuan" stadionunda keçirilən oyunlarda üstünlük adətən meydan sahiblərində olub və yalnız bir dəfə heç-heçə qeydə alınıb.

Qeyd edək ki, bu qələbə ilə 3 xal qazanan "Levante" növbəti turda "Espanyol"la qarşılaşacaq.

Seçilən
108
50
teleqraf.com

10Mənbələr