AZ

Ağsu dolaylarında nəqliyyatın hərəkəti iflic olubVİDEO

Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində yaranan buzlaşma səbəbindən nəqliyyatın hərəkəti tamamilə dayanıb. Onlarla avtomobil yolda hərəkətsiz vəziyyətdə qalıb.

Xezerxeber.az-ın məlumatına görə, mövcud vəziyyət həm paytaxtdan Ağsu istiqamətində hərəkət edən sürücülərə, həm də regionlardan Bakıya doğru gedən nəqliyyat vasitələrinə ciddi çətinliklər yaradır.

Yolun hər iki istiqamətində buz qatının əmələ gəlməsi nəticəsində avtomobillərin hərəkəti faktiki olaraq mümkünsüz olub. Uzun tıxac yaranması səbəbindən ərazidə gərginlik də müşahidə olunur.

Məsul qurumların nümayəndələrinin əraziyə gec gəlməsi səbəbindən sürücülər və yaxınlıqda yaşayan sakinlər vəziyyətdən çıxış yolunu özləri axtarmağa məcbur qalıblar. Onlar yol kənarında olan qum və torpağı yola səpərək avtomobillərin hərəkətini qismən bərpa etməyə çalışırlar. Buna baxmayaraq, güclü buzlaşma səbəbindən görülən tədbirlər hələlik nəticə vermir.

Polis hərəkətin təhlükəsizliyini təmin etmək üçün ərazidə xidmət aparır. Sürücülər aidiyyəti qurumlara müraciət edərək yolun təcili şəkildə təmizlənməsini və duz-qum qarışığının səpilməsini xahiş edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
163
34
xezerxeber.az

10Mənbələr