Ukrayna Dövlət Sərhəd Xidmətinin sədri Sergey Deyneko vəzifəsindən azad edilib.
Bakıvaxtı.az xəbər verir ki, müvafiq fərman Ukrayna Prezidenti Volodimir Zelenskinin saytında dərc edilib.
Fərmanda deyilir: "Sergey Vasilyeviç Deyneko Ukrayna Dövlət Sərhəd Xidmətinin sədri vəzifəsindən azad edilsin".
Zelenski başqa bir fərmanla Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini Valeri Vavriniyuku Dövlət Sərhəd Xidmətinin müvəqqəti rəisi təyin edib.