Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ ilə Azərbaycan nümayəndələri arasında görüşlər əlaqələrin genişləndirilməsində səmərəlidir.
"Ölkə.az" xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü Markveyn Mall yanvarın 4-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşündə deyib.
M.Mall qarşılıqlı səfərlərin, müxtəlif formatlarda keçirilən görüşlərin əlaqələrimizin genişləndirilməsində səmərəli olduğunu vurğulayıb.
Görüşdə Azərbaycanla ABŞ arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti, yeni imkanları və inkişaf perspektivləri müzakirə olunub, həmçinin qarşılıqlı maraq doğuran bir çox digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.