Finlandiya məhkəməsi telekommunikasiya kabelinə zərər vurmaqda şübhəli bilinən "Fitburg" gəmisinin heyət üzvünün həbs olunması barədə qərar qəbul edib.
"Unikal" xəbər verir ki, polis Ermənistan vətəndaşının həbs olunduğunu bildirib; onun yük daşıyıcısındakı vəzifəsi açıqlanmayıb. Üç heyət üzvünün ölkəni tərk etməsi qadağan edilib.
Gəminin heyəti 14 nəfərdən — Rusiya, Gürcüstan, Azərbaycan və Qazaxıstan vətəndaşlarından ibarətdir.
Xatırladaq ki, 31 dekabrda Finlandiya polisi Sent-Vinsent və Qrenadin bayrağı altında Sankt-Peterburqdan İsrailin Hayfa limanına üzən "Fitburg" gəmisini Finlandiya körfəzinin dibi ilə Helsinkidən Tallinə uzanan "Elisa" sualtı telekommunikasiya kabelinə zərər vurmaqda şübhəli bilinərək saxlayıb.