ain.az bildirir, Fanat portalına istinadən.
İngiltərənin "Çelsi" klubu transfer bazarında növbəti səs-küyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, London təmsilçisi "Aston Villa"nın yarımmüdafiəçisi Morqan Rocers üçün nəhəng məbləğdən keçməyə hazırdır.
"Fichajes" portalının yaydığı məlumata görə, "zadəganlar" 23 yaşlı ingiltərəli futbolçunun transferi üçün 130 milyon funt-sterlinq dəyərində rəsmi təklif hazırlayır. "Aston Villa"nın heyətində nümayiş etdirdiyi performansla Avropa nəhəngləri tərəfindən izlənilən Rocersin bu astronomik qiymətə London klubuna keçib-keçməyəcəyi futbol dünyasında əsas müzakirə mövzusuna çevrilib.
Əgər bu keçid baş tutarsa, Morqan Rocers Premyer Liqa tarixinin ən bahalı transferlərindən biri olacaq.
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.