Türkiyənin “Eyüpspor” klubu baş məşqçisi ilə yollarını ayırıb. Msport.az xəbər verir ki, Orhan Akla müqaviləyə qarşılıqlı razlıq yolu ilə xitam verilib.
“Eyüpspor” qış fasiləsindən əvvəl Super Liqanın 17-ci turunda “Fənərbağça”ya 0:3 hesabı ilə uduzmuşdu.
Qeyd edək ki, komanda mövsümə Selcuk Şahinin rəhbərliyi altında başlamışdı. İyulda baş məşqçi postuna keçən Şahin oktyabrda istefaya göndərilmişdi.
Orhan Ak isə təxminən 3 aydan sonra vəzifəsindən ayrılıb. “Eyüpspor” onun rəhbərliyi altında 11 oyunda 3 qələbə qazanıb, 2 heç-heçə edib və 6 məğlubiyyətlə üzləşib.