Bəs yerli futbolçuların başqa ölkələrə yollanmasını görməyimiz mümkündü? Avropada legioner həyatı yaşaya biləcək, ölkəmizi layiqincə təmsil edə biləcək futbolçu varmı?
“Football-plus.az” bu sualı futbol agenti Tural Əsgərova ünvanlayıb:
“Bu suala cavab verməkdə çətinlik çəkirəm. Taylanda getmək üçün biri üçün ən axmaq qərardı, biri üçün xoşbəxtlik, ən düzgün qərar. Bu suala cavab vermək üçün Azərbaycandakı futbolçuları tanımaq lazımdı. Bu qış transfer olunub 2-3 mövsüm sonra istənilən səviyyəyə çata bilər. Şablon çıxmasın, Allahın işidi. Deyək ki, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Nəriman Axundzadə ola bilər. Amma olmaya da bilərlər”.
MÜZƏFFƏR QULUZADƏ