Bakı. Trend:
Sabiq ağır çəkidə dünya çempionu Tayson Fyuri peşəkar boksaqayıdacağını rəsmi şəkildə elan edib.
Trend “The Sun”nəşrinə istinadla xəbər verir ki, Fyuri 2025-ci ilin yanvarındakaryerasını başa vurduğunu bildirsə də, onun promouteri FrankUarren 37 yaşlı britaniyalı boksçunun 2026-cı ildə rinqə qayıtmağıplanlaşdırdığını açıqlayıb.
Son məlumatlara görə, Tayson Fyuri artıq məşqlərə başlayıb vəgələn il rinqə çıxmaq üçün ciddi hazırlıq aparır.
Hazırda onun mümkün qayıdışı ətrafında geniş müzakirələr gedir.Potensial döyüşlərdən biri kimi Entoni Joşua ilə qarşılaşmavariantı da gündəmdədir.
Fyuri sosial şəbəkələrdə paylaşdığı videolarda məşq prosesininümayiş etdirərək, boksa olan sevgisinin davam etdiyini və yenidəndöyüşməyə hazır olduğunu vurğulayıb.