AZ

İran Trampa xəbərdarlıq etdi - “Cavab daha sərt olacaq”


İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əlaəddin Borucerdi ABŞ prezidenti Donald Trampın İranı təhdid edə bilməyəcəyini bildirib.

IRNA bildirir ki,Borucerdinin sözlərinə görə, keçmiş “səhvlərin” təkrarlanması daha sərt və ağrılı cavabla nəticələnəcək və ABŞ-nin bölgədəki maraqları hədəfə çevrilə bilər.

Borucerdi eyni zamanda ölkədə mövcud çətin iqtisadi vəziyyət fonunda vətəndaş etirazlarının “diqqətə layiq və eşidilməli” olduğunu vurğulayıb. O, Mərkəzi Bank sədrinin istefasının milli valyutanın dəyər itirməsinin qarşısını almağa kömək edəcəyinə ümid etdiyini deyib.

İran rəsmisi əlavə edib ki, ölkə Amerika tərəfindən başladılan “amansız iqtisadi müharibə” şəraitindədir.

İradə SARIYEVA

Seçilən
38
33
baki-xeber.com

10Mənbələr