Tanınmış bloger Hüseyn Həsənovun böyük vergi borcu yaranıb.
Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda onun fərdi sahibkar kimi vergi orqanına qarşısında 61510 rubl (təxminən 1 335 AZN) borcu var.
Məhkəmə ötən il mayında blogerin cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılması işi üzrə qiyabi həbsi barədə qərar çıxarıb. Bu səbədən o 7 ilə qədər həbs oluna bilər.
Xatırladaq ki, Hüseyn Həsənov 170 milyon rubl məbləğində vergini ödəməkdən yayınmaqda ittiham olunur.