AZ

"Kəpəz"in futbolçusu “Qarabağ”a keçib? - Azər Bağırovdan açıqlama

Son günlərdə mətbuatda yazılanlara və “transfermarkt”a inansaq, “Qarabağ” “Kəpəz”in mərkəz müdafiəçisi Cefferson Bentunu transfer edib.

“Football-plus.az” xəbər verir ki, bu məlumatlar həqiqəti əks etdirmir. Bu barədə qərb təmsilçisinin baş məşqçisi Azər Bağırov açıqlama verib:
“Mənim xəbərim yoxdu. Bilmirəm belə xəbərlər hardan çıxır. Boş şeydi”.

Qeyd edək ki, Bentunun “Kəpəz”lə müqaviləsinin müddəti bu il iyunun 30-na qədərdi.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
86
50
football-plus.az

10Mənbələr