AZ

Qəbələ”nin yoxlama oyunlarındakı rəqibləri məlum oldu

Yanvarın 10-da Qəbələdə “Kəpəz”lə qarşılaşacaq "Qəbələ" klubu 3 gün sonra hazırlıq prosesinin ikinci mərhələsi üçün Bakıya yollanacaq.

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qəbələ” burada daha iki oyun keçirəcək. Yanvarın 14-ü “Araz Naxçıvan”la üz-üzə gələcək “qırmızı qaralar”, ayın 18-də “Baku
Sportinq”lə matçda qüvvəsini sınayacaq.

Oyunların başlama saatı və məkanı barədə əlavə məlumat daha sonra veriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
134
17
bizim.media

10Mənbələr