Türkiyədə sinaqoqlara, kilsələrə və İraq səfirliyinə hücum etmək cəhdinin qarşısı alınıb.
Modern.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Milli Kəşfiyyat Təşkilatı (MİT) və Polisin birgə əməliyyatı ilə hücuma hazırlaşan 3-ü İŞİD terror təşkilatı ilə əlaqəli olmaqda şübhəli bilinən ümumilikdə 32 şübhəli yaxalanıb.
Hazırda araşdırmalar davam etdirilir.