AZ

Camay Simpson Pusey “Köln”ə keçir

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniyanın “Köln” klubu “Mançester Siti”nin gənc mərkəz müdafiəçisi Camay Simpson-Puseyni heyətinə qatmağa hazırlaşır.

İdman.Biz “Sky Sport”a istinadla xəbər verir ki, mənbələr tərəflər arasında altı aylıq icarə və satınalma hüququ ilə razılaşma əldə olunduğunu bildirir.

20 yaşlı futbolçu bu gün Köln şəhərində tibbi müayinədən keçməlidir.

Əgər hər şey plan üzrə getsə, Simpson-Pusey ən geci çərşənbə axşamına qədər komandanın İspaniyadakı təlim-məşq toplanışına qoşulacaq.

Bildirilir ki, transfer prosesində klubun idman direktoru Tomas Kessler əsas rol oynayıb və danışıqları sürətlə yekunlaşdırıb.

Beləliklə, “Köln” mövsümün ikinci yarısı üçün müdafiə xəttini perspektivli gənc futbolçu ilə gücləndirmiş olacaq.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
25
icma.az

10Mənbələr