Madrid məhkəməsi “Telemadrid” telekanalına qarşı açılan iş üzrə Corcina Rodriges və onun bacısı İvananın xeyrinə qərar verib.
Publika.az xəbər veri ki, “Revista HOLA”nın məlumatına görə, telekanal şəxsi həyatın toxunulmazlığını pozduğuna görə 150 min dollar məbləğində təzminat ödəməyə məcbur edilib.
Söhbət 2018-ci ildə yayımlanan əyləncə proqramından gedir. Həmin verilişdə heç bir sübut təqdim olunmadan Corcinanın uşaqlıq dövrü müzakirə edilib, ailəsinin həyatına dair detallər ictimailəşdirilib, arxiv fotolar nümayiş olunub və “gizli keçmiş”lə bağlı eyhamlar səsləndirilib.
Məhkəmə müəyyən edib ki, bu material jurnalist araşdırması xarakteri daşımayıb, əsassız şəkildə şəxsi həyata müdaxilə edilib. Qeyd olunub ki, həmin dövrdə Corcina Rodriges hələ dünya miqyasında tanınmış şəxs olmayıb, ailəsi isə ictimai statusa malik deyildi. Bu səbəbdən mövzunun bu formada mediada təqdim edilməsi yolverilməz sayılıb.