Qız övladı olanlar bu xəstəliyə tutulmur
Sosial bağların tədricən qırılması, ekoloji cəhətdən zərərli məhsulların gündəlik qida rasionumuza daxil olması, stress, ağır iş yükü insanlar arasında xəstəliklərə yoluxma hallarını artırıb. Metbuat.az xəbər verir ki, Çin alimləri demensiya (zehni funksiyaların itirilməsi) xəstəliyi ilə bağlı maraqlı araşdırma aparıblar. Uzun illər davam edən tədqiqatlar nəticəsində məlum olub ki, qız övladı olan valideynlər demensiya xəstəliyinə tutulmurlar. Bunun səbəbi oğlanlardan fərqli olaraq qızların sosiallaşmaya daha çox meyl etməsidir. "Qız uşaqlarının böyüdüyü ailələrdə qarşılıqlı əlaqələr yüksək səviyyədə olur. Onlar mütəmadi olaraq valideynləri ilə danışır, sualları verir, hər işlə maraqlanır, zehnin korşalmasına imkan vermirlər" - alimlər belə deyirlər. Tədqiqatlar göstərir ki, qızı olmayan valideynlər demensiya xəstəliyindən daha çox əziyyət çəkirlər. Yalnız bir övlada - tək qız uşağına sahib olan valideynlər isə "bəxti gətirmiş cütlüklər" sayılırlar. Onlar həm demensiya xəstəliyinə tutulmur, həm də uzun və xoşbəxt ömür yasayirlar. Qızları heç vaxt onları yalnız qoymur, hətta ər evinə koçəndən sonra da ata-analarinı unutmurlar. Övlad qayğısı ömrü uzadır, valideynləri gümrah və şən saxlayır. Qeyd edək ki, hazırda Böyük Britaniyada 1 milyon insan demensiya xəstəliyindən əziyyət çəkir. Xəstəliyin qurbanlarının sayı ildə 75 min nəfərdən çox olur.Səbinə / Metbuat.az