AZ

Honkonqda daha bir yaşayış binasında yanğın - Ölən və yaralananlar var

Honq-Konqda yaşayış komplekslərindən birində yanğın baş verib.

Bu barədə “South China Morning Post” məlumat yayıb.

Məlumata görə, yanğın zamanı bir nəfər həlak olub, səkkiz sakin yaralanıb, 250-yə yaxın insan təxliyə edilib.

Təxliyə edilən sakinlərin hazırda yaxınlıqdakı məktəbdə qaldığı bildirilir. Hadisənin səbəbləri səlahiyyətli orqanlar tərəfindən araşdırırlır.

Qeyd edək ki, noyabrın 26-da Honkonqun Tay Po rayonunda 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın baş vermişdi.

"Cebheinfo.az" 

Seçilən
87
17
cebheinfo.az

10Mənbələr