Yunanıstanın hava məkanı tamamilə bağlanıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Milliyet" qəzeti məlumat yayıb.
Hazırda ölkəyə heç bir təyyarənin daxil olmadığı bildirilir. Səhər saatlarından etibarən Yunanıstan hava məkanında radiostansiya rabitə sistemlərində yaranan texniki nasazlıq səbəbindən uçuşlarda böyük fasilələr yaranıb.
Afina Nəzarət Mərkəzinin radiotezlik sistemlərindəki problem səbəbindən Afina uçuş bölgəsi xəttində reyslə məhdudlaşdırılıb. Ölkə daxilindəki bütün aeroportlarda uçuş əməliyyatları dayanma vəziyyətinə gəlib.
Sistem problemi səbəbindən daxili və xarici reyslərdə uzunmüddətli gecikmələr və ləğvlər müşahidə olunur./Oxu.az
Telegram kanalımız