Amerika qoşunları Venesuelaya hücum edərək prezident Nikolas Maduronu ələ keçirəndə çoxlu kubalı ölüb.
Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp şənbə günü "The New York Post" qəzetinə verdiyi açıqlamada bildirib.
"Bilirsiniz, dünən gecə çoxlu kubalı öldü. Bunu bilirdinizmi?", - deyə ABŞ prezidenti bildirib.
O əlavə edib: "Bir çox kubalı öldü. Onlar Maduronu müdafiə edirdilər. Bu, pis bir addım idi".
Tramp ölənlərin sayını dəqiqləşdirməyib.