AZ

İnyaki Uilyams La Liqanın qərarını tənqid etdi

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

İspaniyanın “Atletik Bilbao” klubunda çıxış edən hücumçu İnyaki Uilyams İspaniya Superkubokunun Səudiyyə Ərəbistanında keçirilməsini sərt şəkildə tənqid edib.

İdman.Biz xəbər verir ki, futbolçu bu qərarı azarkeşlər üçün ədalətsiz hesab etdiyini deyib.

“İspaniya Superkuboku Səudiyyə Ərəbistanında? Mənim üçün bu, çox pisdir. Milli turnirin başqa ölkəyə köçürülməsi azarkeşlərin oyunlara getməsini və onları izləməsini çətinləşdirir”, - deyə hücumçu bildirib.

Uilyamsın sözlərinə görə, milli yarışların əsas məqsədi yerli azarkeşlər üçün əlçatan olmasıdır və bu cür kommersiya yönümlü qərarlar futbolun sosial mahiyyətinə ziddir.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
37
icma.az

10Mənbələr