AZ

“Azərbaycanla münasibətlərin gücləndirilməsi zəruridir” − Əraqçi


İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.
Yeniavaz.comxəbər verir ki, bu barədə Əraqçinin teleqram kanalında məlumat paylaşılıb.
Bildirilib ki, görüş zamanı XİN rəhbəri Azərbaycanla münasibətlərin perspektivi barədə danışıb:
“Yaxşı qonşuluq siyasətinin daha təsirli şəkildə irəlilədilməsi üçün Azərbaycanla iqtisadi, tranzit, siyasi, mədəni və humanitar sahələrdə münasibətlərin davamlı şəkildə gücləndirilməsi və genişləndirilməsi zəruridir”.
Seçilən
54
32
yeniavaz.com

10Mənbələr