AZ

Ağsu dolaylarında nəqliyyatın hərəkəti tamamilə dayandı FOTO

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində yaranan buzlaşma səbəbindən nəqliyyatın hərəkəti tamamilə dayanıb.Bizim.Media xəbər verir ki, artıq bir saatdan çoxdur onlarla avtomobil yolda hərəkətsiz vəziyyətdə qalıb. Mövcud vəziyyət həm paytaxtdan Ağsu istiqamətində hərəkət edən sürücülərə, həm də regionlardan Bakıya doğru gedən nəqliyyat vasitələrinə ciddi çətinliklər yaradır.Yolun hər iki istiqamətində buz qatının əmələ gəlməsi nəticəsində avtomobillərin hərəkəti faktiki olaraq mümkünsüz olub. Sürücülər enişli-yoxuşlu dolaylarda nəqliyyat vasitələrini idarə etməkdə çətinlik çəkir, bəzi avtomobillər isə sürüşərək yolda qalır. Uzun tıxac yaranması səbəbindən ərazidə gərginlik də müşahidə olunur.Məsul qurumların əraziyə gecikməsi səbəbindən sürücülər və yaxınlıqda yaşayan sakinlər vəziyyətdən çıxış yolunu özləri axtarmağa məcbur qalıblar. Belə ki, onlar yol kənarında olan qum və torpağı yola səpərək avtomobillərin hərəkətini qismən bərpa etməyə çalışırlar. Buna baxmayaraq, güclü buzlaşma səbəbindən görülən tədbirlər hələlik nəticə vermir.Sürücülər aidiyyəti qurumlara müraciət edərək yolun təcili şəkildə təmizlənməsini və duz-qum qarışığının səpilməsini xahiş edirlər. Hazırda əraziyə məsul qurumların texnikası və əməkdaşlarının cəlb olunmaması vəziyyəti daha da ağırlaşdırır.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
122
42
bizim.media

9Mənbələr