"Qalatasaray" heyətini niderlandlı futbolçu ilə gücləndirə bilər.
Apasport.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, Türkiyə çempionu Memfis Depayı heyətinə qatmaqda israrlıdır.
31 yaşlı vingerin "Korintians"la müqavilə müddəti 2026-cı il avqustun 31-də başa çatacaq.
Depay Avropaya qayıtmağa can atmır. Amma “Qalatasaray” rəsmiləri niderlandlıya yüksək məvacib təklif edib.
PSV, “Mançester Yunayted”, “Lion”, “Barselona” və “Atletiko”da oynamış Memfis 2024-cü ildən “Korintians”da çıxış edir.
"Mançester Yunayted"in futbolçusu "Napoli"yə keçə bilər
Musaba rəsmən “Fənərbaxça”da
“Qabiqol” yenidən “Santos”da - RƏSMİ
Türkiyə millisinin üzvü Super Liqada klubunu dəyişib
“Fənər” Fransa millisinin üzvü ilə razılıq əldə edib